İran XİN rəhbəri: "Uranı zənginləşdirmə prinsipi müzakirə obyekti deyil, zənginləşdirmənin səviyəsini azaltmaq olar"

"Uranın zənginləşdirilməsi və sanksiyaların ləğvi bu danışıqların iki əsas mövzusudur".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunları İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Bizim fikrimizcə, zənginləşdirmə davam etməlidir və bununla bağlı güzəştə getməyə yer yoxdur. Ola bilsin ki, etimadın yaradılması üçün onun həcmi, ölçüsü və səviyyəsi ilə bağlı son dəfə olduğu kimi məhdudiyyətlər müəyyən müddətə tətbiq oluna bilər, lakin zənginləşdirmə prinsipi danışıqlar obyekti deyil, eləcə də sanksiyalar məsələsi".
"Danışıqlar dedikdə təbii olaraq sanksiyaların ləğvini nəzərdə tuturuq və istənilən şəraitdə sanksiyaların ləğvi hər iki tərəfin razılaşdırdığı danışıqlarımızın əsaslarından biridir. Biz indi fikir ayrılığı olan məsələlərdə daha yaxınıq və ən azı bir-birimizi daha yaxşı başa düşürük. Düşünürəm ki, bizim mövqelərimiz kifayət qədər aydındır və onların təfərrüatı qarşı tərəfə yaxşı məlumdur"- deyə Əraqçı əlavə edib.
09:46 12.05.2025
Oxunuş sayı: 994