Ər-Riyadda Tramp, Suriya və Livan prezidentlərinin iştirakı ilə dördtərəfli görüş planlaşdırılır

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ-ın keçmiş prezidenti Donald Trampın səfəri zamanı Ər-Riyadda dördtərəfli görüş təşkil etməyi planlaşdırır.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, görüşdə Donald Trampla yanaşı, Suriya prezidenti Əhməd əl-Şara və Livan prezidenti Cozef Aunun iştirakı nəzərdə tutulur.
İsrailin “301” nəşrinin məlumatına görə, görüşün əsas məqsədi Fələstin dövlətinin tanınmasını planlaşdırmaqdır.
23:30 11.05.2025
Oxunuş sayı: 903