Tramp: “Ukrayna Putinin təklif etdiyi danışıqları dərhal qəbul etməlidir”

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinin cümə axşamı Türkiyədə görüş keçirməklə bağlı təklifinə münasibət bildirərək, Ukraynanı bu təşəbbüsü dərhal qəbul etməyə çağırıb.
ABŞ lideri sosial media hesabında qeyd edib:
“Rusiya Prezidenti Putin Ukrayna ilə atəşkəs sazişi imzalamaq istəmir, lakin qanlı münaqişənin mümkün sonunu müzakirə etmək üçün Türkiyədə görüş təklif edir. Ukrayna bu təklifi dərhal qəbul etməlidir. Ən azından razılaşmanın mümkün olub-olmadığını müəyyənləşdirməlidirlər. Əgər razılaşma baş tutmasa, Avropa və ABŞ liderləri vəziyyətin real mənzərəsini aydın şəkildə anlayaraq, buna uyğun hərəkət edə bilərlər”.
Aybəniz Səfərova
21:12 11.05.2025
Oxunuş sayı: 1221