Omanda İran və ABŞ arasında danışıqların dördüncü raundu yekunlaşıb

Omanın paytaxtı Maskatda İran və ABŞ arasında keçirilən dolayı danışıqların dördüncü raundu başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, tərəflər arasında aparılan danışıqlar çətin, lakin faydalı keçib: "Bir-birinin mövqelərini daha yaxşı anlamaq və mübahisəli məsələlərin həlli üçün ağlabatan və real yollar tapmaq məqsədilə aparılan müzakirələr nəticə yönümlü olub".
Danışıqların növbəti mərhələsinin yeri və vaxtı Oman tərəfindən koordinator qismində sonradan açıqlanacaq.
İran və ABŞ arasında bu tip dolayı təmaslar əsasən nüvə proqramı və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqlarının azaldılmasına yönəlib.
18:52 11.05.2025
Oxunuş sayı: 1062