Putin Ukrayna ilə danışıqların bərpasını təklif edir: “Rusiya müvəqqəti sülh yox, zəmanətli həll axtarır”

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqların bərpası barədə təklifi Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılması kursunun davamı kimi qiymətləndirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Andrey Yakushev bəyanat verib.
Onun sözlərinə görə, Kremlin əsas mesajı aydındır – Rusiya "müvəqqəti sülh" deyil, etibarlı və davamlı təminatlara əsaslanan həll yolları üzərində işləməyə hazırdır və eyni yanaşmanı digər tərəflərdən də gözləyir.
Xumar Emilqızı
18:19 11.05.2025
Oxunuş sayı: 1321