İran rəsmisi: “ABŞ nüvə danışıqlarını gərginliyi artırmaq üçün tələ kimi hazırlayıb”

Tehranın nüvə proqramı barədə son nəticəyə gəlmək və sanksiyaları aradan qaldırmaq məqsədi daşıyan Tehran-Vaşinqton danışıqları ABŞ tərəfindən gerçək deyildi.
Crossmedia.az CNN-yə istinadən xəbər verir ki, İran rəsmisinin sözlərinə görə, bu, çox güman ki, əvvəldən vəziyyəti gərginliyə doğru itələmək üçün tələ kimi hazırlanıb.
“İran Tehranın istəklərinə zidd olan həftəlik fasilələr və danışıqlar raundları arasındakı boşluqları ABŞ-ın siyasi və media oyunu kimi qiymətləndirir və hazırda danışıqların uğursuzluqla nəticələnəcəyi ssenarilərə hazırlaşır”, - deyə, bildirilib.
O, qeyd edib ki, Amerika tərəfi Tehranın suallarına qısa və ümumi cavablar verir, əsas təkliflərə məhəl qoymur və danışıqlar zamanı mövqeyini daim dəyişir.
15:58 11.05.2025
Oxunuş sayı: 927