İranın radikal qəzeti Trampı narsist adlandırdı

İranın ali rəhbəri Əli Xameneyi birbaşa bağlı radikal “Keyhan” qəzeti məqaləsində ABŞ prezidenti Donald Trampı narsist adlandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İrana qarşı artan təzyiq və sanksiyalarına toxunaraq deyib:
“Tramp narsist bir insandır və prezidentdən daha çox diktator krala bənzəyir… Tramp hər dəfə hərbi varianta işarə etsə də, nə ABŞ, nə də İsrail İranla müharibə aparmaq gücünə malik deyil və onlar çox yaxşı bilirlər ki, əgər ağılsızlıq etsələr, ağır nəticələrlə qarşılaşacaqlar”.
Qəzet Tehran-Vaşinqton danışıqlarından da söz açaraq bildirib ki, nüvə danışıqlarının davam etdirilməsi üçün Tramp İrandan üzr istəməlidir.
15:10 11.05.2025
Oxunuş sayı: 1503