ABŞ İsraili kənarda qoyaraq Fars körfəzi ölkələri ilə əlaqələri gücləndirir

Birləşmiş Ştatlar Yaxın Şərqdə siyasətini dəyişməyə davam edir. Vaşinqton son aylarda Fars körfəzi ölkələri ilə münasibətləri daha da gücləndirir və bu prosesdə İsrail ikinci plana keçir. Ekspertlərə görə, bu vəziyyət İsrail üçün ciddi nəticələr doğura bilər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ-ın bölgədəki prioritetləri dəyişir və Vaşinqton İsrailin əvvəllər “qırmızı xətt” saydığı məsələlərdə belə, onun maraqlarını nəzərə almaya bilər. Yeni diplomatik yanaşma çərçivəsində ABŞ daha çox Körfəz ölkələri ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığını dərinləşdirməyə çalışır.
Məlumata görə, bu siyasət nəticəsində İsrail Yaxın Şərqdə əsas aktor olmaq mövqeyini zəiflədə bilər. Vaxtilə onun üçün toxunulmaz sayılan mövzular indi ABŞ tərəfindən güzəştə gedilə biləcək məsələlər kimi qiymətləndirilir.
Analitiklər hesab edir ki, İsrail bu prosesin nəticəsində həm regional nüfuzunu itirə, həm də Vaşinqtonla strateji tərəfdaşlığında yeni çətinliklərlə üzləşə bilər. ABŞ isə Körfəz ölkələri ilə daha sabit və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.
Fatimə Nəbiyeva
15:33 11.05.2025
Oxunuş sayı: 1196