Hindistanlı general Türkiyəni hədələdi: “İstəsək, Türkiyəni yerlə-yeksan edə bilərik”

Hindistanın təqaüddə olan general-mayoru Qaqan Dip Bakşi Türkiyənin bölgədəki fəaliyyətlərinə sərt reaksiya verərək qalmaqallı açıqlama verib.
Crossmedia.az Hindistan mediasına istinadən xəbər verir ki, general Hindistanın nüvə gücünə malik olduğunu vurğulayaraq, “İstəsək, Türkiyəni yerlə-yeksan edə bilərik” deyib.
Bakşi, Türkiyənin Pakistan-Hindistan münaqişəsinə müdaxilə etdiyini və Kəşmir bölgəsinə 3 min nəfərlik qüvvə göndərdiyini iddia edib. O, Türkiyəni Hindistanın birbaşa düşməni kimi xarakterizə edib və “lazım gələrsə, nüvə silahı ilə Türkiyəni cəhənnəmə çevirə bilərik” ifadəsini işlədib.
General-mayor əlavə edib ki, “Türkiyə özünü dünya gücü kimi göstərməyə çalışır. Amma unutmamalıdırlar ki, Hindistan da qlobal gücdür. Onların nə nüvə silahı, nə də kosmik qüvvələri var, bizdə isə hər ikisi mövcuddur”.
Bakşinin bu açıqlamaları Hindistan və Türkiyə arasında artan gərginlik fonunda səsləndirilib.
Mədinə Cəlilova
12:00 11.05.2025
Oxunuş sayı: 1036