Qətər XİN rəhbəri İran-ABŞ danışıqlarının bərpasını alqışlayıb

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Dohada iranlı həmkarı Abbas Əraqçı ilə keçirdiyi görüşdə, Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların yenidən başlanmasını müsbət dəyərləndirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Qətər və İran arasında ikitərəfli əlaqələrin gücləndirilməsi yollarını da müzakirə ediblər. Danışıqlarda regional məsələlər və diplomatik təşəbbüslər ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.
Mədinə Cəlilova
12:33 11.05.2025
Oxunuş sayı: 1240