İsrail mətbuatı Katargate qalmaqalında pulun marşrutunu açıqladı

İsrail mətbuatı Katargate işi çərçivəsində İsrailə ötürülən vəsaitlərin hərəkət marşrutunu yayımlayıb.
Crossmedia.az İsrail mərbuatın istinadən xəbər verir ki, İsraildə aparılan korrupsiya araşdırmasında Baş nazir Benyamin Netanyahunun sözçülərindən Eliezer Feldşteyn və müşavirləri Yonatan Uriç ilə Srulik Einhorn ittiham olunur.
İsrail dövlət televiziyası KAN-ın xəbərində Netanyahunun yaxın çevrəsindəki şəxslərə Qətərdən köçürülən pulların istiqamətinin müəyyən edildiyi bildirilib. Məlumata görə, Qətər hökuməti tərəfindən beynəlxalq bir şirkətə köçürülən vəsait əvvəlcə İsrailin xarici kəşfiyyat xidməti Mossad rəsmisinə, oradan isə Netanyahunun yaxın çevrəsindəki bir şəxsin şirkətinə çatdırılıb.
Bank hesabları, şübhəlilərin telefon danışıqları, ifadələr və digər sübutlar araşdırıldıqdan sonra istintaq qrupu bu maliyyə yollarına çıxış əldə edib.
Pul köçürməsinin marşrutlarından birində, Qətər hökuməti tərəfindən işə götürüldüyü iddia edilən amerikalı müşavir Cey Potlik və israilli iş adamı Gil Birger vasitəsilə vəsaitin Feldşteynə çatdırıldığı qeyd olunub. Digər marşrut üzrə isə 2022-ci ildən 2024-cü ilə qədər davam edən pul transferinin, Qətər hökumətindən başqa bir şirkət vasitəsilə bir Mossad rəsmisinə, oradan da Netanyahunun müşaviri Uriçin “Perception” adlı şirkətinə köçürüldüyü iddia olunub.
İlk maliyyə axınının, 2022 Dünya Çempionatı ərəfəsində Qətərin imicini yaxşılaşdırmaq məqsədilə başladıldığı bildirilir. Xəbərdə pul köçürmələrinin çoxsaylı vasitəçilərdən keçməsi səbəbilə şübhəlilərin ittihamları inkar etməsinə baxmayaraq, İsrail polisinin əlində kifayət qədər sübut olduğu vurğulanıb.
“Katargate” qalmaqalı, Qətərdən milyonlarla dollar alınıb Netanyahunun seçki kampaniyasına yönləndirildiyi iddiaları ilə gündəmə gəlmişdi. İsrail Baş naziri bu iddiaları irəli sürənlərə qarşı məhkəmə iddiası qaldırmışdı. Araşdırma Netanyahunun sözçüsü Eliezer Feldşteyn və müşavirləri Yonatan Uriç və Srulik Einhornun təqsirləndirilən şəxs kimi mühakimə olunduğu və İsrailin daxili təhlükəsizlik xidməti Şabak tərəfindən aparılan bir istintaqa çevrilmişdi.
Feldşteyinin Qətərin imicini dəstəkləmək məqsədilə beynəlxalq bir şirkətdən maaş aldığı, Netanyahunun müşavirləri Uriç və Einhorn-un da Qətər üçün imic məsləhətçiliyi etdiyi bildirilmişdi. İsrailli iş adamı Gil Birgerin Feldşteynə pul köçürdüyünü təsdiqləyən səs yazısı İsrail dövlət televiziyasında yayımlanmış, Feldstein isə Birgerindediklərini təsdiqləmişdi.
Netanyahunun sözçüsü Feldstein və müşaviri Uriç “Katargate” istintaqı çərçivəsində 31 mart tarixində həbs olunmuş, Netanyahu isə həmin gün polisə “şahid” qismində ifadə vermişdi.
Mədinə Cəlilova
10:32 11.05.2025
Oxunuş sayı: 1263