Starmer: "Putin sülh yoluna qayıtmasa, Trampla birlikdə Ukraynaya hərbi yardımı artıracağıq"

Böyük Britaniyanın baş naziri Kir Starmer Qərbin Rusiya ilə bağlı strategiyasını yenidən formalaşdırmağa hazır olduğunu bildirib. Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, əgər Rusiya prezidenti Vladimir Putin atəşi dayandırmaqdan və sülh danışıqlarına qayıtmaqdan imtina edərsə, Qərb konkret addımlarla cavab verəcək.
“Putin sülh yoluna qayıtmasa, biz cavab verəcəyik. Prezident Trampla birlikdə Rusiyanı danışıqlar masasına oturtmaq üçün Ukraynanın silahlı qüvvələrinə yardımımızı artıracağıq”, – deyə Starmer vurğulayıb.
Bu, həm də Rusiyaya birbaşa mesaj kimi səslənir: əgər Kreml hərbi eskalasiyanı davam etdirsə, Qərb təkcə diplomatik deyil, həm də hərbi dəstəyi genişləndirməyə hazırdır.
Həmayıl Şükürlü
22:32 10.05.2025
Oxunuş sayı: 547