ABŞ və Avropa müttəfiqləri Rusiya ilə Ukrayna arasında 30 günlük atəşkəs təklifi üzərində işi yekunlaşdırır

BŞ və Avropadakı müttəfiqlər Rusiya ilə Ukrayna arasında 30 günlük atəşkəslə bağlı təklifin hazırlanmasını başa çatdırmaq üzrədirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, əgər Moskva bu təşəbbüsü rədd edərsə, ona qarşı yeni sanksiyalar tətbiq oluna bilər.
Hazırda atəşkəslə bağlı müxtəlif formatlar nəzərdən keçirilir – həm cəbhə xəttinin bütün istiqamətlərində, həm də seçilmiş bölgələrdə atəşin dayandırılması variantları müzakirə olunur.
Eyni zamanda, bu təşəbbüsün Qərbin birtərəfli addımı olub-olmayacağı və ya Rusiyaya cavab üçün müəyyən vaxt verilib-verilməyəcəyi də gündəmdədir.
Planın yekun detalları yaxın həftəsonu Ukraynada keçiriləcək “Qətiyyətlilər koalisiyası” sammitində dəqiqləşdiriləcək.
Xumar Emilqızı
22:17 10.05.2025
Oxunuş sayı: 693