Fransa Ukraynaya göndərilən “CAESAR” haubitsalarının təmirini dondurulmuş Rusiya aktivlərinin gəliri hesabına maliyyələşdirəcək

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, yaxın vaxtlarda Fransa dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya göndərilən “CAESAR” özüyeriyən haubitsalarının texniki xidmətini təmin edəcək:
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Yaxın günlərdə elan edəcəyik ki, dondurulmuş aktivlərdən əldə olunan gəlirlər sayəsində Fransa KNDS şirkəti vasitəsilə Ukraynaya göndərilmiş "CAESAR" artilleriya qurğularının operativ texniki xidmətini həyata keçirəcək. Bu silahlar Ukraynanın Rusiya hücumlarına qarşı mübarizəsində istifadə olunur", – deyə Barro vurğulayıb.
Xumar Emilqızı
22:08 10.05.2025
Oxunuş sayı: 762