İstanbulda dəhşətli yol qəzası: 1 ölü, 40 yaralı

Türkiyənin İstanbul şəhərinin Beylikdüzü rayonunda metrobusların toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül məlumat yayıb.
Məlumata görə, yaralananlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə dayanacaqda dayanan metrobusun digər metrobusla toqquşması nəticəsində baş verib.
Qəza yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.
21:53 10.05.2025
Oxunuş sayı: 694