Qərb kontingenti Ukraynaya gedəcək? – Paris və London razılığa gələ bilmir

Fransa və Böyük Britaniya Ukraynada mümkün atəşkəsdən sonra Qərb kontingentinin bu ölkəyə yerləşdirilməsi məsələsinin təfərrüatları ilə bağlı hələ razılıq əldə etməyiblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hər iki ölkənin rəsmiləri, eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin təhlükəsizliyin təmin olunmasında əsas rolu oynayacağını vurğulayıblar.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə bildirib ki, belə bir kontingent sülh sazişlərinin qaçılmaz və mühüm komponenti ola bilər.
Qərb liderlərinin sözlərinə görə, mümkün kontingent təhlükəsizliyin əsas təminatçısı olmayacaq.
21:58 10.05.2025
Oxunuş sayı: 696