Hindistan və Pakistan arasında atəşkəs razılaşması qüvvəyə minib

Hindistan və Pakistan arasında gərginlik fonunda mühüm diplomatik addım atılıb. Pakistanın vitse-premyeri və xarici işlər naziri İshak Dar hər iki ölkənin dərhal qüvvəyə minən atəşkəs razılığına gəldiyini açıqlayıb. O, sosial şəbəkə “X”də yazıb ki, Pakistan həmişə regionda sülh və təhlükəsizliyin tərəfdarı olub və bu mövqeyindən öz suverenliyi və ərazi bütövlüyünə zərər gəlmədən çıxış edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Hindistan da bu razılaşmanı təsdiqləyib. Hindistan Xarici İşlər Nazirliyi bəyan edib ki, iki ölkə arasında atəşkəs və hərbi fəaliyyətlərin dayandırılması barədə razılaşma yerli vaxtla saat 17:00-da qüvvəyə minib.
Qeyd edək ki, Hindistan və Pakistan arasında uzun illərdir davam edən sərhəd gərginliyi və silahlı toqquşmalar bu cür razılaşmalarla zaman-zaman müvəqqəti dayandırılsa da, bölgədə davamlı sülhün bərqərar olunması üçün tərəflər arasında davamlı diplomatik dialoqun vacib olduğu vurğulanır.
Fatimə Nəbiyeva
19:56 10.05.2025
Oxunuş sayı: 668