Hindistan və Pakistan arasında gərginlikdən sonra ilk telefon danışığı

Hindistan və Pakistan arasında davam edən gərgin münasibətlər fonunda, iki ölkənin yüksək rütbəli hərbi rəsmiləri ilk dəfə telefon danışığı aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı məlumat yayıb. Bildirilib ki, bu əlaqə bölgədəki münaqişə başladıqdan sonra tərəflər arasında baş tutan ilk birbaşa ünsiyyət olub.
Məlumata görə, Pakistan tərəfi hindistanlı həmkarları ilə görüş keçirmək istədiyini bildirib. Danışığın məzmunu və mümkün görüşün detalları barədə əlavə məlumat verilməyib.
Ekspertlər bu cür əlaqələri regionda gərginliyin azaldılması istiqamətində atılan müsbət addım kimi qiymətləndirirlər.
18:00 10.05.2025
Oxunuş sayı: 400