İran XİN Stokholmdakı səfirliyinə hücumla bağlı İsveçdən tədbir tələb edir

İran xarici işlər naziri Abbas Əraqçı İsveçli həmkarı Mariya Malmerlə telefon danışığı zamanı Stokholmdakı İran səfirliyinə edilən hücumla bağlı narahatlığını ifadə edib və İsveç hökumətindən təcili tədbir görülməsini istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb. Bildirilib ki, tərəflər telefon danışığı zamanı ikitərəfli əlaqələr və konsulluq məsələlərini də müzakirə ediblər.
Əraqçı hücumu qətiyyətlə pisləyərək, hadisəyə görə məsul olan şəxslərin cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, hadisə aprelin 30-da Stokholm şəhərinin Lidinqo bölgəsində baş verib. İran səfirliyinin binası qarşısında törədilən yanğınla bağlı İsveç polisi 55 yaşlı bir şübhəlinin saxlanıldığını açıqlayıb. Hadisə ilə bağlı istintaq davam edir.
Mədinə Cəlilova
19:43 10.05.2025
Oxunuş sayı: 544