ABŞ-dən İrana xəbərdarlıq: “Əgər danışıqlar nəticə verməsə, biz başqa yol seçəcəyik”

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff İranla bağlı sərt açıqlama verib. O, bildirib ki, Tehranla aparılan nüvə danışıqlarının dördüncü raundu da nəticəsiz qalarsa, Vaşinqton alternativ yollara əl atacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Uitkoffun sözlərinə görə, ABŞ İranla razılığın əldə olunmamasını qəbul etməyəcək:
“Əgər danışıqlar nəticə verməsə, biz başqa yol seçəcəyik. Hərbi və ya siyasi bütün variantlar masadadır”.
Uitkoff həmçinin qeyd edib ki, ABŞ diplomatik həll variantına üstünlük verir, lakin İranın mövqeyindən asılı olaraq vəziyyət dəyişə bilər.
Mədinə Cəlilova
19:35 10.05.2025
Oxunuş sayı: 569