ABŞ-də bələdiyyə sədri saxlanıldı

ABŞ-nin Nyu-Cersi ştatında, Newark şəhərinin bələdiyyə sədri Ras Baraka yeni açılan Göç və Gömrük Mühafizə İdarəsini yoxlamaq istədiyi zaman saxlanılıb.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı Baraka ilə idarədəki gömrük mühafizə polisi arasında gərginlik yaşandığı bildirilir. Nyu-Cersi bölgə prokurorunun müavini Alina Habba məsələ ilə bağlı təfərrüatları sosial media hesabından paylaşıb.
Habbanın iddiasına görə, Baraka və komanda üzvləri idarəyə icazəsiz daxil olublar və Daxili Təhlükəsizlik Polisinin dəfələrlə “mərkəzi tərk edin” xəbərdarlıqlarını qulaqardına vurublar.
Qeyd edək ki, Ras Baraka daha əvvəl ictimaiyyətə bu saxlanma mərkəzinin lazımi fəaliyyət icazələrinə malik olmadığını açıqlamışdı.
Bələdiyyə sədri Baraka saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Mədinə Cəlilova
17:00 10.05.2025
Oxunuş sayı: 501