Avropanın hələ də istifadə olunan ən qədim körpüsü: Min illərdir ayaqdadır

Avropada bu gün də istifadə edilən ən qədim körpü Yunanıstanda yerləşir. Arkadiko Körpüsü adlanan bu tarixi tikilinin yaşı min illərlə ölçülür və qədim Mikena dövrünə Yunanıstanın Tunc dövrünə qədər uzanır.
Crossmedia.az “Greek Reporter” istinadən xəbər verir ki, Kazarma körpüsü kimi də tanınan Arkadiko Körpüsü Yunanıstan materikinin cənubunda, Peloponnes yarımadasında yerləşən qədim Mikena memarlığı nümunəsidir.
Mora Yarımadasında, Tirinsdən Epidaurusa gedən müasir yolun yaxınlığında yerləşən körpü bu gün də tez-tez istifadə olunur. Rəsmi olaraq yalnız piyadaların istifadəsi üçün nəzərdə tutulsada, kiçik tağlı bu körpüdən avtomobillər də keçir və bu səbəbdən bölgənin əsas simvollarından biri sayılır.
Körpünün tarixi Yunanıstanın Tunc dövrünə, təxminən eramızdan əvvəl 1300-cü illərə dayanır. O dövrdə antik Epidaurus şəhərini Mikena ilə birləşdirmək məqsədilə inşa olunub və bu səbəbdən hərbi yol şəbəkəsinin bir hissəsi olub.
Körpünün ən maraqlı xüsusiyyətlərindən biri isə onun inşa üsuludur. Min illərdir ayaqda qalmasına baxmayaraq, inşasında heç bir bağlayıcı məsələn, məhlul və ya sement istifadə olunmayıb. Sadəcə əhəngdaşı bloklarının çəkisi və onların dik ox üzrə simmetrik yerləşdirilməsi bu tarixi tikilini bu qədər davamlı edib.
Arkadiko Körpüsü 22 metr uzunluğunda, 5,6 metr enində və 4 metr hündürlüyündədir. Bu gün əsasən piyadalar tərəfindən istifadə olunsa da, arxeoloqlar körpünün əslində atlı arabaların keçməsi üçün layihələndirildiyini aşkarlayıblar.
Körpü, ehtimal ki, ticarət məqsədilə yük daşınması və ya Yunan ordularının ölkə daxilində hərəkəti zamanı istifadə olunub.
Mədinə Cəlilova
16:40 10.05.2025
Oxunuş sayı: 490