Ukrayna yeni növ dəniz dronunu təqdim edib

Ukrayna Krıma qarşı hücumlarda istifadə olunan yeni növ dəniz dronunu (“dron daşıyıcısı”) təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qayıq eyni anda dörd FPV dron buraxılış konteyneri daşıya bilir.
Yükdaşıma qabiliyyəti 500-dən 3000 kq-a qədər dəyişir və hava, səth və sualtı sursatlarla təchiz oluna bilər.
Sistemə NATO standartlarına uyğun süni intellekt texnologiyası inteqrasiya olunub.
Fərqli modellər arasında sabit qanadlı dron buraxıcılarına malik versiyalar da mövcuddur.
11:40 10.05.2025
Oxunuş sayı: 652