SBU macar casuslarını ifşa etdi

Ukrayna Kəşfiyyatı (SBU) ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatına məxsus casus şəbəkəsini aşkara çıxarıb və Zakarpatya bölgəsindəki iki agenti həbs edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, casusların tapşırıqları bunlar olub:
1)Zakarpatya bölgəsinin hərbi müdafiəsi ilə bağlı məlumat toplamaq,
2)Quru və hava müdafiəsindəki zəif cəhətləri müəyyənləşdirmək,
3)Yerli əhalinin siyasi əhval-ruhiyyəsini qiymətləndirmək.
Həbs olunanlar arasında:
2021-ci ildə verbovka edilmiş və 2024-cü ilin sentyabrında aktivləşdirilmiş, Berehove rayonundan olan 40 yaşlı keçmiş hərbçi var. O, itkilər və işarələnmiş hərbi texnikalar haqqında məlumat verib.
Digəri isə SBU-nun keçmiş əməkdaşı olub, ona təyyarə və helikopterlərin yerləşdirilməsi barədə məlumat toplamaq tapşırılıb.
Hər iki şəxsə Macarıstan kəşfiyyatının zabiti tərəfindən göstərişlər verilib. Onları ömürlük həbs və əmlak müsadirəsi gözləyir.
10:05 10.05.2025
Oxunuş sayı: 783