Lvivdə AB görüşü: “Rusiya müharibəni uduzacağını hiss etməlidir”

9 May “Avropa Günü” münasibətilə Avropa İttifaqı xarici işlər nazirləri və AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Ukraynanın Lviv şəhərində toplantı keçiriblər. Görüşdə “Ukraynaya qarşı təcavüz cinayətləri üzrə xüsusi Məhkəmə” məsələsi də müzakirə olunub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski toplantıya videobağlantı ilə qatılaraq bildirib ki, Rusiya Ukraynanın artan gücünü hiss etməlidir. O, AB ölkələrinin Ukraynaya dəstəyini yüksək qiymətləndirib və Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırıb.
Baş nazir Deniş Şmıqal isə AB-nin 1 milyard avroluq yardım fondu təşəbbüsünə görə təşəkkür edib və Rusiyaya qarşı 17-ci sanksiya paketinin tezliklə qəbul olunacağına ümid etdiyini bildirib.
Zelenski çıxışında Rusiya üçün xüsusi məhkəmənin yaradılmasının vacibliyini vurğulayıb və bu addımın gələcəkdə təcavüzlərin qarşısını ala biləcəyini qeyd edib.
Mədinə Cəlilova
19:50 09.05.2025
Oxunuş sayı: 765