BAEA baş direktoru ilə İran XİN rəhbəri arasında telefon danışığı olub

Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Danışıq zamanı İranın “sülhməramlı” adlandırdığı nüvə proqramı ilə bağlı Tehran və BAEA arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, tərəflər Tehran və Vaşinqton arasında aparılan danışıqlar barədə də fikir mübadiləsi aparıblar.
Mədinə Cəlilova
19:35 09.05.2025
Oxunuş sayı: 887