Peru xalqı yeni Papa 14-cü Leo-nu “özlərindən biri” hesab edir

Peruda illərlə Katolik icmasına rəhbərlik etmiş kardinal Robert Francis Prevost-un Roma Papası seçilməsi ölkədə böyük coşqu ilə qarşılanıb. O, həm ABŞ, həm də Peru vətəndaşıdır və iki ölkədən çıxan ilk papa kimi tarixə düşüb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, yeni Papa 14-cü Leo illər əvvəl Peruya missioner olaraq gəlib və Çiklayo şəhərində piskopos kimi fəaliyyət göstərib. Onun seçilməsi ilə Peru kilsələrində zənglər çalınıb, xalq isə onun ölkəyə səfərini səbirsizliklə gözlədiklərini bildirib.
Romadakı Müqəddəs Pyotr Bazilikasının eyvanından ilk çıxışında ispan dilində danışan Papa, Çiklayo şəhərinə və oradakı insanlara xüsusi salam göndərib. Onun “Çikaqodan Çiklayoya gəldim” ifadəsi Perulular arasında yadda qalan zarafatlardan biri olub.
Yeni Papa həmçinin pandemiya dövründə iki süni nəfəs aparatı istehsalı müəssisəsinin yaradılmasına öncülük edib, kəndlərə yardım aparıb və ehtiyacı olan insanlara şəxsən dəstək göstərib. Peru Prezidenti Dina Boluarte onun seçilməsini “tarixi an” adlandırıb.
Bununla belə, bəzi qruplar Prevost-un piskopos olduğu dövrdə cinsi istismar iddialarına necə yanaşdığı ilə bağlı narahatlıq ifadə edib. Peru Kilsəsi bu məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Fatimə Nəbiyeva
11:42 09.05.2025
Oxunuş sayı: 966