Ukrayna Ali Radası ABŞ-la mineral ehtiyatlara dair sazişi ratifikasiya etdi

Ukrayna Ali Radası ABŞ və Ukrayna arasında mineral ehtiyatlarla bağlı sazişin ratifikasiyasını dəstəkləyib.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, bundan əvvəl Ukrayna mediası sənədin ictimaiyyətə açıqlanmayan təfərrüatlarını yayımlamışdı. Həmin məlumatlara əsasən, sazişdə Kiyev üçün ciddi öhdəliklər nəzərdə tutulur. Belə ki, əgər Ukrayna razılaşma şərtlərini pozarsa, ümumi fondan heç bir pay ala bilməyəcək.
22:09 08.05.2025
Oxunuş sayı: 758