Trampdan Netanyahusuz Yaxın Şərq siyasəti: ABŞ İsraili kənarda saxlayır

ABŞ Prezidenti Donald Trampa yaxın mənbələrin verdiyi məlumata görə, Tramp artıq İsrailin Baş naziri Benyamin Netanyahu ilə koordinasiyaya getmək istəmir və Yaxın Şərqdə İsrailin iştirakı olmadan mühüm prosesləri həyata keçirmək niyyətindədir.
Crossmedia.az “Israel Hayom” qəzetinin əldə etdiyi məlumatlara istiandən xəbər verir ki, Tramp, Netanyahunun və onun komandası tərəfindən ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Maykl Voltzu İrana qarşı hərbi əməliyyatlara təşviq etmək cəhdlərinə görə son dərəcə narazıdır.
Trampa yaxın yüksək vəzifəli iki məmurun qapalı müzakirələrdə bildirdiyinə görə, Tramp hazırda ABŞ-nin Yaxın Şərqdəki maraqlarını, xüsusilə də Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə əlaqələrini inkişaf etdirmək üçün İsraili gözləmədən addımlar atmaq qərarına gəlib.
Mənbələrin sözlərinə görə, bu siyasətin əsas istiqamətlərindən biri Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasıdır. Tramp, Netanyahunun bu məsələlərdə qərar qəbul etmək üçün yetərincə güclü olmadığına inanır.
Mədinə Cəlilova
22:15 08.05.2025
Oxunuş sayı: 705