Pakistan Hindistanın nəzarətindəki Cammu və Kəşmirdə hərbi hədəfləri vurdu

Pakistan ordusu, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsinə qarşı bir sıra hücumlar həyata keçirib. Əvvəlcə bölgədə baraj tipli sursatlardan istifadə olunub, nəticədə Hindistan sərhədyanı şəhərlərdə məcburi elektrik kəsintiləri tətbiq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, daha sonra Pakistan istehsalı pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından sonra partlayışlar və hava hücumu siqnallarının səsləndiyi bildirilib. Saat 20:58-də Hindistan qərargahı bölgədəki hərbi bazalara zərbələrin endirildiyini təsdiqləyib.
Mədinə Cəlilova
21:45 08.05.2025
Oxunuş sayı: 925