Tramp: İngiltərə ilə tarixi ticarət razılaşması əldə olundu

ABŞ Prezidenti Donald Tramp, İngiltərə ilə tarixi ticari razılaşmaya imza atdıqlarını açıqladı.
Crossmedia.az xəbər verir ki, Oval Ofisdə jurnalistlərə açıqlama verən Tramp, İngiltərə ilə “tarixi” bir razılaşma etdiyini bildirdi. Mətbuat konfransına telefon vasitəsilə qatılan İngiltərə Baş naziri Keir Starmer, əldə olunan razılaşmanın iki ölkə arasındakı ticarəti artıracağını, lakin bəzi detallarda hələ yekun razılığın əldə edilmədiyini qeyd etdi.
Tramp, Ukrayna ilə imzalanan mədən sahəsindəki razılaşmanın da tam şəkildə nəticələndiyini və yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışacağını açıqladı.
Çinlə davam edən ticarət müharibəsinə də toxunan Trump, Çin rəhbərliyinin razılaşma üçün israrlı olduğunu bildirərək Çin Prezidenti Si Cinpin ilə görüşməyə hazır olduğunu qeyd etdi.
Mədinə Cəlilova
20:50 08.05.2025
Oxunuş sayı: 975