Vatikanda ağ tüstü: Yeni Papa seçildi- YENİLƏNİB

Katoliklərin son ruhani lideri və Vatikan Dövlət Başçısı Papa Fransiskusun 21 Apreldəki vəfatından sonra, vəzifənin “boş” elan edildiyi (Sede Vacante) Vatikanda, ruhban sinifinin papadan sonrakı ən vacib din adamı mövqeyində olan kardinalar, papa seçiminin ikinci günündə günortadan sonra keçirilən iclasında yeni papanı seçdilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Katolik Kilsəsinin 267-ci papasının müəyyən edildiyi, Sistin Şapeli’nin tavanında ağ tüstü çıxması ilə başa düşüldü. Yeni Roma Papası ABŞ-dən olan Robert F. Prevost olub. Onun Papa adı XIV Leodur.
Yeni papanın, 133 kardinaldan ən az üçdə ikisinin (89) səsini aldığı məlumdur.
Vatikanın Aziz Petrus Meydanında tüstünün çıxmasını gözləyən çox sayda insan, tüstünün rənginin ağ olduğunu gördükdə böyük sevinc yaşadı, bəzi vətəndaşlar gözyaşlarını saxlaya bilmədi.
Ağ tüstü çıxmasından bir saat sonra yeni papa, Aziz Petrus Bazilikasının böyük tribunasından dünyaya təqdim ediləcək.
Yeni papanı dünyaya, “Protodiacono” titulunu daşıyan Fransız Kardinal Dominique Mamberti, böyük tribunadan Latın dilində “Habemus Papam (Bir papamız var)” deyərək təqdim edəcək. Katolik Kilsəsindəki 266 papa arasında bu günə qədər 200-dən çoxu italyan olub, sonuncu dəfə 2013-cü ildəki Konklavda ilk dəfə Amerika qitəsindən bir papa seçilmiş və argentinalı Fransiskus papa olmuşdu.
20:36
Vatikanda keçirilən papalıq seçkisində Sistina Şapelin bacasından ağ tüstü qalxdı. Kardinallar üçüncü səsvermədə yeni Papanı seçdi.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ağ tüstü, yeni papanın müəyyən edildiyini göstərən ənənəvi işarə olaraq Sistina Şapelin bacasından yüksəldi. Bununla birlikdə Vatikan, yeni papanın adını qısa müddət sonra rəsmi olaraq açıqlayacaq.
Mədinə Cəlilova
20:55 08.05.2025
Oxunuş sayı: 1084