İsrailə uçuşlar dayandırıldı: Hava yolları məhdudiyyətləri uzatdı

Yəməndəki husilərin 4 mayda Təl-Əvivdəki Ben Qurion Hava Limanını ballistik raketlə vurmasının ardından, İsrailə uçuşlarını dayandıran beynəlxalq hava yolları şirkətləri uçuş qadağası müddətlərini uzatdı.
Crossmedia.az “Israel Hayomun” məlumatına istinadən xəbər verir ki, hücumdan sonra Ben Qurion Hava Limanında fəaliyyət göstərən xarici hava yollarının sayı əhəmiyyətli dərəcədə azalıb.
British Airways 6 maya qədər dayandırdığı uçuşları 15 iyuna qədər, Iberia Express isə 1 iyuna qədər uzatdığını açıqlayıb.
The Times of Israelin xəbərinə əsasən, United Airlines İsrailə uçuşları 18 maya, Delta isə 19 maya qədər dayandırıb.
Lufthansa Qrupu (Eurowings, Swiss, Austrian Airlines, Brussels Airlines daxil olmaqla) 11 maya qədər uçuş həyata keçirməyəcək.
Digər hava yollarının yeni qərarları:
Aegean (Yunanıstan) – 14 may
Air France (Fransa) – 13 may
ITA (İtaliya), LOT (Polşa) – 12 may
Wizz Air (Macarıstan), Ryanair (İrlandiya), Air Baltic (Latviya) – 11 may
Husilərin raket hücumu
4 may tarixində husilər Təl-Əvivdəki Ben Qurion Hava Limanını ballistik raketlə hədəfə alıb. Raketin düşdüyü ərazidə 15 metr diametrində çuxur yaranıb.
Husilər həmin gün İsrailə qarşı hava blokadası tətbiq edəcəklərini və beynəlxalq hava yollarını İsrailə uçuşları dayandırmağa çağırmışdılar.
İsrail isə cavab olaraq 5 mayda Yəmənin Hudeydə Limanı və Bacil çimento zavoduna, 6 mayda isə Səna Beynəlxalq Hava Limanına hücumlar həyata keçirib.
Mədinə Cəlilova
19:04 08.05.2025
Oxunuş sayı: 818