Bu ölkədə güclü zəlzələ baş verdi

Yeni Zelandiyanın qərb sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri ölkənin təxminən 286 kilometr qərbində, 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində can və mal itkisi qeydə alınmayıb. Həmçinin sunami təhlükəsi olmadığı bildirilib.
Yerli qurumlar vəziyyəti izləməyə davam edir.
Aybəniz Səfərova
21:48 29.04.2025
Oxunuş sayı: 781