ABŞ-nin Yəmənə hücumu zamanı iki türk gəmisi limanda qapalı qaldı

ABŞ-nin Yəmənə hücumları nəticəsində iki türk gəmisi ölkənin əsas ticarət limanı olan Ras İsada qapalı vəziyyətdə qalıb.
Crossmedia.az SonDakika.com-a istinadən xəbər verir ki, gəmidə ümumilikdə 17 Türkiyə vətəndaşı var.
İlkin məlumata görə, onların səhhəti yaxşıdır və məsələ diqqətlə izlənilir.
Türkiyənin Yəməndəki səfirliyi ABŞ ilə əlaqə saxlayaraq ekipajın və gəmilərin təhlükəsizliyinə dair həssaslıq göstərilməsini tələb edib.
Məlumata görə, gəmilər limanda yüklərini boşaltmaq üçün gözləyir və onların çıxışı ilə bağlı diplomatik səylər davam edir.
Qeyd edək ki, Ras İsa limanı 17 və 24 aprel tarixlərində ABŞ tərəfindən bombalanıb.
Aybəniz Səfərova
21:33 29.04.2025
Oxunuş sayı: 876