Netanyahunun korteji qəzaya uğrayıb


İsrailin Baş naziri Benyamin Netanyahunun korteji aprelin 29-u axşam saatlarında Qüds şəhərində qəza keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə baş nazirin rəsmi qərargahının qarşısında qeydə alınıb.
İlkin məlumatlara görə kortej motosikletlə toqquşub. Motosiklet sürücüsü – 17 yaşlı gənc yüngül xəsarət alıb.
Baş nazir Netanyahunun qəza zamanı avtomobildə olub-olmaması barədə rəsmi açıqlama verilməsə də, onun xəsarət almadığı bildirilib.
Hadisə yerindən çəkilmiş fotolar da yayımlanıb.
Aybəniz Səfərova
21:06 29.04.2025
Oxunuş sayı: 843