Kimyəvi anbarda partlayış: Ölən və yaralananlar var

Bu gün İsfahan şəhərində, kimyəvi maddələr istehsalı üzrə fəaliyyət göstərən “Avanar Persian” şirkətinin anbarda baş verən partlayış nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, partlayışın baş verdiyi anbar, kimya istehsalı ilə əlaqəli sənaye kompleksinin ərazisində yerləşir.
Hadisə ilə bağlı araşdırmalar aparılır. Bəzi məlumatlara görə, müəssisə dronların istehsalı ilə əlaqəli ola bilər.
Həmayıl Şükürlü
17:45 29.04.2025
Oxunuş sayı: 1024