İranda partlayış nəticəsində ölənlərin sayı 70-ə çatıb


İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70-ə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Böhran İdarəetmə Təşkilatının sözçüsü Hüseyn Zefari məlumat verib.
Onun sözlərinə görə, partlayış nəticəsində 120 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hazırda xəstəxanalarda müalicə olunur.
Xatırladaq ki, aprelin 26-da İranın cənubundakı Şəhid Rəcai limanında partlayış baş vermişdi.
Aybəniz Səfərova
17:25 29.04.2025
Oxunuş sayı: 778