Moskva Kiyevin susqunluğuna diqqət çəkdi: Putin atəşkəs təklif edib, reaksiya yoxdur

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümündə atəşkəs elan etməklə bağlı təklifinə Kiyev hələ də rəsmi cavab verməyib.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, Peskovun sözlərinə görə, Moskvanın Ukraynanın bu təklifə qoşulub-qoşulmayacağı ilə bağlı heç bir məlumatı yoxdur.
Eyni zamanda, Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin atəşkəsin 30 gün müddətinə dayandırılması təklifinə münasibət bildirərək qeyd edib: “Bütün nüanslar dəqiqləşdirilmədən bu məsələni həyata keçirmək mümkün deyil”.
Həmayıl Şükürlü
16:08 29.04.2025
Oxunuş sayı: 619