Pakistan Ordusu Hindistanın kvadrokopterini vurdu

Pakistan Ordusu, Hindistana məxsus bir kvadrokopterin ölkənin hava məkanını pozduğunu və dərhal zərərsizləşdirildiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, Pakistan Ordusunun yaydığı məlumata əsasən, Hindistana məxsus kvadrokopter Pakistanın hava məkanına qanunsuz daxil olub.
Hadisə Bhimber bölgəsində, Nəzarət Xəttinin (LoC) Manawar sektorunda qeydə alınıb. Ordunun açıqlamasına görə, kvadrokopter uğurla vurularaq yerə salınıb.
Həmayıl Şükürlü
17:16 29.04.2025
Oxunuş sayı: 633