KİV: Tehran bu həftə nüvə məsələsi ilə bağlı üç Avropa ölkəsi ilə görüşməyi təklif edib

İran nüvə proqramını müzakirə etmək üçün mayın 2-də Romada Fransa, Britaniya və Almaniya rəsmiləri ilə görüşməyi təklif edib.
Crossmedia.az xəbər verir ki , bu barədə "Reuters" məlumat paylaşıb.
Məlumata görə, Avropa ölkələri Tehranın danışıqlar aparmaq təklifinə hələ də cavab verməyib.
Fransa Xarici İşlər Nazirliyinin rəsmisi “Əl-Ərəbiyyə” telekanalına bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının üzvü olan üç Avropa ölkəsi İranla nüvə danışıqlarında iştirak etməyə hazırdır.
Nuray Mikayıllı
15:40 29.04.2025
Oxunuş sayı: 656