Şəhid Rəcai limanındakı yanğın lokallaşdırıldı

İranın strateji əhəmiyyətə malik Bəndər-Abbas limanında bir neçə gün əvvəl baş verən və geniş əraziyə yayılan yanğın nəhayət ki, nəzarət altına alınıb.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Be-200ChS və İl-76 tipli təyyarələri Şəhid Rəcai limanında baş vermiş yanğının söndürülməsində iştirak edib. Yanğının üzərinə 130 tona yaxın su tökülüb.
Qeyd edək ki, dəhşətli hadisə nəticəsində 70 nəfər həlak olub, 1200-dən çox insan isə xəsarət alıb.
Həmayıl Şükürlü
13:45 29.04.2025
Oxunuş sayı: 656