Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub

Yeni Dehli ilə İslamabad arasında gərginlik fonunda Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, “Economic Times” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb ki, Hindistan öz hava məkanını və limanlarını Pakistan üçün bağlamağı düşünür.
Belə olan halda Pakistan Cənub-Şərqi Asiyadakı istiqamətlərə çatmaq üçün təyyarələrin marşrutunu Çin və ya Şri-Lanka üzərinə dəyişməli olacaq.
10:40 29.04.2025
Oxunuş sayı: 790