İspaniyada kütləvi elektrik kəsintisi: Ukrayna bərpa işlərində yardım təklif etdi

İspaniyanın baş naziri Pedro Sançes ölkədə kütləvi elektrik kəsilməsindən sonra enerji təchizatının 50%-nin bərpa olunduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməsinin səbəbi hələ də məlum deyil.
Ukrayna prezidenti Zelenski isə təsdiqləyib ki, Ukrayna İspaniyaya enerji təchizatının bərpasında kömək etməyə hazırdır.
Prezident İspaniyanın Baş naziri Pedro Sançeslə fövqəladə vəziyyəti müzakirə edib. Vladimir Zelenski vurğulayıb ki, illərlə davam edən müharibədən və Rusiyanın enerji sisteminə hücumlarından sonra Kiyev elektrik enerjisinin kəsilməsi də daxil olmaqla istənilən enerji probleminə qarşı durmağı öyrənib.
"Mütəxəssislərimiz bərpa işlərinə qoşula bilər. Mən İspaniyaya belə yardım təklif etdim. Ukraynanın energetika nazirinə mümkün qədər tez hərəkət etməyi tapşırdım. Texniki ekspertlərimiz kömək etməyə hazırdır", - o, deyib.
10:32 29.04.2025
Oxunuş sayı: 742