BAEA: İspaniyada AES-lərdə təhlükəsizliklə bağlı vəziyyət nəzarət altındadır

İspaniyanın elektrik şəbəkəsindəki nasazlıq ölkənin atom elektrik stansiyalarının (AES) təhlükəsizliyinə təsir etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsində bildirib.
“BAEA İspaniyanın nüvə tənzimləyicisindən vəziyyətin sabit və nəzarət altında olduğuna dair təsdiq alıb. Nüvə və fiziki təhlükəsizlik pozulmayıb”, - o yazıb.
Qrossinin sözlərinə görə, bəzi AES-lər xarici ehtiyat enerji mənbələrindən istifadə edir.
Qeyd edək ki, bu gün gündüz saatlarında genişmiqyaslı elektrik kəsintisi Qərbi Avropanı iflic edib - İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız, internetsiz qalıb, metro işləməyib.
23:00 28.04.2025
Oxunuş sayı: 681