Rusiya ordusu Baltikyanı sərhədlərə güc toplayır

“The Wall Street Journal”ın məlumatına görə, Rusiya ordusu müharibəyə qədər ayda 30 tank istehsal edirdisə, hazırda bu rəqəm 200-ü keçib. Maraqlıdır ki, istehsal olunan müasir tanklar Ukrayna cəbhəsinə deyil, Baltikyanı ölkələrlə sərhədə göndərilir.
Crossmedia.az nəşrə istinadən xəbər verir ki, Rusiya Ukrayna cəbhəsində əsasən Şimali Koreya istehsalı olan artilleriya sistemlərindən istifadə edir, öz istehsalı olan silahlar isə Estoniya və Finlandiya ilə sərhəddə yerləşdirilir.
Bildirilib ki, Moskva əlavə əsgər cəlb etməyə davam edir və elit, təcrübəli qüvvələrin əsas hissəsi Estoniya sərhədinə yönəldilir. Rusiya, Ukrayna müharibəsi bitdikdən sonra Leninqrad və Moskva hərbi dairələrinə yeni qoşunlar göndərməyi planlaşdırır.
Analitiklərin fikrincə, Rusiya Estoniyada yaşayan rusların müdafiəsi bəhanəsi ilə bu ölkəyə hücum edərək NATO-nun reaksiyasını yoxlamağa cəhd edə bilər.
Mədinə Cəlilova
22:10 28.04.2025
Oxunuş sayı: 1174