İranda baş verən partlayışda şübhəli bilinən bir neçə nəfər məhkəməyə çağırıldı

Bu gün İranın daxili işlər naziri İskəndər Mömini Bəndər Abbasdakı Şəhid Rəcai limanında baş verən partlayışda bir neçə nəfərin müəyyən edilərək dindirilmək üçün məhkəməyə çağırıldığını açıqlayıb.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, limandakı hadisənin mümkün səbəbi işçilərin səhlənkarlığı, o cümlədən təhlükəsizlik tədbirlərinə əməl edilməməsi olub.
Nazir əlavə edib ki, partlayışın dəqiq səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb və yaxın vaxtlarda nəticələr təqdim ediləcək.
Mədinə Cəlilova
21:14 28.04.2025
Oxunuş sayı: 634