Pakistan müdafiə Naziri: Hindistanın hərbi müdaxiləsi yaxın ola bilər

Pakistanın müdafiə naziri Hindistanın hərbi müdaxiləsinin yaxın olduğunu bildirib.
Crossmedia.az Pakistan mətbuatına istinadən xəbər verir ki, O, adi silahlı münaqişə zamanı hər iki ölkənin nüvə silahından istifadə etməməsinin vacibliyini vurğulayıb. Nazir həmçinin qeyd edib ki, Pakistan Hindistanla sərhəddə hərbi mövcudluğunu gücləndirir. Onun sözlərinə görə, İslamabad Hindistanın Hərbi Hava Qüvvələri və hipersəs raketlərinə cavab vermək üçün lazımi imkanlara malikdir.
Mədinə Cəlilova
19:50 28.04.2025
Oxunuş sayı: 904