Putin Ukraynada 8-11 may tarixlərində birtərəfli atəşkəs elan etdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynada 8-11 may tarixlərini əhatə edən birtərəfli üç günlük atəşkəs elan edib. Kremlin yaydığı açıqlamada bildirilir ki, Putin Kiyev rəhbərliyini də eyni addımı atmağa çağırıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Kremlin məlumatına görə, atəşkəs qərarı “humanitar məqsədlərlə” verilib. Bildirilir ki, atəşkəs 7-8 may gecə yarısından başlayaraq 10-11 may gecə yarısına qədər qüvvədə olacaq. Bu addım II Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyətinin və Qələbə Gününün 80-ci ildönümünə təsadüf edir.
Moskva daha əvvəl ABŞ tərəfindən irəli sürülən və Ukraynanın razılaşdığı 30 günlük atəşkəs təklifini rədd etmişdi. Rusiya tərəfi bu cür uzunmüddətli atəşkəsin onların maraqlarına uyğun olmadığını bildirib.
Fatimə Nəbiyeva
16:21 28.04.2025
Oxunuş sayı: 638