Qarşılıqlı hörmət üzərində qurulan Azərbycan-Çin münasibətləri

21 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib. 3 iyul 2024-cü il tarixində Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Burada məqsəd əməkdaşlığı genişləndirərək beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, ümumi maraqları birlikdə müdafiə etməkdir. 2 aprel 1992-ci il tarixindən bu günədək iki xalq arasında münasibətlərin qurulduğu andan sonra əməkdaşlıq səmərəli nəticələr verib.
Astanadan qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir. Böyük nailiyyət və məsuliyyət olan Bəyannamə Çin Xalq Respublikası ilə Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirdi. Sinxua agentliyinə müsahibəsində dövlət başçısı cənab İlham Əliyev söyləmişdir: “Azərbaycan ÇXR-in sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Biz bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq genişləndirilir. Ərazimizdən yük axınınn artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.
27 dekabr 1991-ci il tarixində Çin müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olmuşdur. 1992-ci ildə Çin Xalq Respublikasının ölkəmizdə səfirliyi açılmış və 1993-cü ildə isə səfr təyin olunmuşdur. 3 sentyabr 1993-cü il tarixində isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi açılıb.
Siyasi əlaqələrlə yanaşı hər iki ölkəni bir-birinə mədəni münasibətlər də bağlayır. Respublikamızla Çin arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 12-21 aprel 1995-ci il tarixində Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib.
Bu gün Çin dünyanın ən çox inkişaf edən ölkələrindən biridir. Çinin bütün sahələrdə əldə etdiyi nailiyyətlər və uğurlar onu dünyanın güclü və qabaqcıl ölkələri sırasına çıxardı. Çin mövqelərini beynəlxalq arenalarda daha da möhkəmləndirdi.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu ərazi partiya təşkilatının sədr müavini
17:20 23.04.2025
Oxunuş sayı: 575